AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aztəminatlı ailələlərin uşaqları sosial reabilitasiyaya cəlb edilir

  • + A
  • - A
  • 14-07-2023, 10:19

    Aztəminatlı ailələlərin uşaqları sosial reabilitasiyaya cəlb edilir

    "Aztəminatlı ailələrin inkişafda ləngiməsi olan uşaqlarına sosial- psixaloji reabilitasiya xidmətlərinin təşkili" layihəsinə start verildi.
    Bu barədə "MƏLƏK” Yardıma Ehtiyacı olan Uşaqlara Dəstək İctimai Birliyinin sədri Ləman Rəfiyeva açıqlamasında bildirib.

    O, qeyd edib ki, layihənin məqsədi ölkəmizdə yaşayan az təminatlı ailələlərin intelektual ləngiməsi olan uşaqları bir araya gətirmək və onları müasir sınanmış metodlar əsasında sosial reabilitasiyaya cəlb etməkdən ibarətdir: “Bu uşaqların cəmiyyətə və sosial həyata inteqrasiyasını təmin etməyə yönəlib. Ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 2019-cu ildə 72 979 nəfər olub. Bu rəqəmin ölkə üzrə uşaqların ümumi sayının təqribən 2,8 faizini təşkil etməsinə baxmayaraq, son 5 ildə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayında artım müşahidə olunur. Əsas səbəblər isə qohumlar arasında nikah nəticəsində yaranan genetik xəstəliklər, erkən nikah və doğuş vaxtı alınan travmalardır”.

    Belə uşaqlarda məhdud anlama bacarığının, böyük və kiçik motor problemlərinin olduğunu da vurğulayan Ləman Rəfiyeva uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri оlduğunu qeyd edib: “Belə uşaqlar ilk növbədə normal insanlarla ünsiyyət qurmaqda və informasiya azlığından əziyyət çəkirlər. Onlar cəmiyyətə adaptasiya ola bilmirlər və ictimai həyatdan geri qalırlar. Onların immunitetləri də zəif olur. Ölkəmizdə bununla bağlı tam statistika yoxdur. Belə uşaqlar hər zaman dövlətin diqqətindədir”.

    Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunur. "MƏLƏK” Yardıma Ehtiyacı olan Uşaqlara Dəstək İctimai Birliyinin icra etdiyi "Aztəminatlı ailələrin inkişafda ləngiməsi olan uşaqlarına sosial- psixaloji reabilitasiya xidmətlərinin təşkili" layihəsi 01 iyul 2023 -cü il tarixindən icrasına başlanılıb. Layihə 4 ay davam edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR