AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qanvermə neçə yaş üçün məqbuldu? - Həkimdən AÇIQLAMA

  • + A
  • - A
  • 28-07-2023, 12:29

    Qanvermə neçə yaş üçün məqbuldu? - Həkimdən AÇIQLAMA

    Bu gün Müsəlmanların şiyə təriqəti Aşura gününü qeyd edir. İllərdir ki, Azərbaycanda Aşura günü insanların qanvermə aksiyası ilə yadda qalır. Sevindirici haldır ki, bəzən qurumlar, idarə və təşkilatlar kollektiv qanvermə aksiyasında iştirak edir. Üzdə olan yaşlı adamların qanvermə aksiyalarındakı fotoları birmənalı qarşılanmır. 60+ yaşlı insanların qanı xəstələrə yarayırmı? Neçə yaşlı insanlar qanvermədə iştirak edə bilər?

    Azadmedia.az bu sualla izləyicilərin sosial mediadan yaxşı tanıdığı həkim Aydın Əliyevə müraciət etdi.

    Aydın həkim hər bir şəxsin ciddi xəstəliyi yoxdusa, qanvermə aksiyasında iştirak etməsinin məqbul olduğunu bildirdi: "Orqanizmdə həmişə qan ehtiyatı olur. Qara ciyərdə və digər orqanlarda depolanır qan. Zatən qanvermə aksiyasında minimum 200 ml litr qan verilir. O da qanazlığı olmayan adam üçün heç bir problem yaratmır".
    Həkimin sözlərinə görə orqanizmdə qanyaranma prosesi bütün yaş dövrlərində baş verir. Qan hüceyrələrindən olan eritositlərin ömrü cəmi 3 aydı. Bütün yaş qrupuna daxil insanlarda bu eritosit hüceyrəsi 3 ay yaşayır. 3 ay sonra o məhv olur, yeniləri ilə əvəz olur. Yəni yaşlı adamlarda da eyni proses gedir. Doğrudur, gənclərdəki kimi intensiv getmir, amma qanazlığı və digər xəstəlikləri yoxdusa, onların 200 millilitr qan verməsində heç bir sıxıntı yoxdur.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR