AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kəlbəcərdə qəzada həlak olan hərbçiyə şəhid statusu verildi

  • + A
  • - A
  • 28-07-2023, 13:50


    Bir neçə gün öncə Kəlbəcərdə hərbi hissəyə məxsus avtomobilin aşması nəticəsində həlak olan baş əsgər Emin Əliyevə şəhid statusu verilib.

    Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

    Qeyd olunub ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun olaraq Xidmətin Şəmkir rayon şöbəsi tərəfindən Əliyev Emin Eldəniz oğluna “şəhid” adı, ailəsinə “şəhid ailəsi” statusu haqqında müvafiq arayış verilib.

    Xatırladaq ki, hadisə beş gün əvvəl-iyulun 23-də Kəlbəcər rayonu ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "Maz" markalı avtomobil aşıb.
    Qəza nəticəsində hərbi qulluqçular-baş əsgər Əliyev Emin Eldəniz oğlu ölüb, leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR