AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sosial- psixoloji dəstəyə ehtiyacı olan 30 qadın müəyyənləşdirilib, dəstək göstəriləcək

  • + A
  • - A
  • 28-07-2023, 18:47

    Sosial- psixoloji dəstəyə ehtiyacı olan 30 qadın müəyyənləşdirilib, dəstək göstəriləcək

    “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyinin “Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsi uğurla davam edir.
    Layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Beyləqan, Füzuli və Ağdam rayonlarında həssas qruplara daxil olan qadınlarla bağlı məlumat bazasının yaradılması üçün aidiyyatı təşkilatlara müraciətlər ünvanlanıb. Psixoloji-sosial dəstəyə ehtiyacı olan ailələrlə görüşlər keçirilərək psixoloji durumları və sosial problemləri öyrənilib. Daha çox psixoloji dəstəyə ehtiyacı olan 30 qadın, hər qrupda 10 qadın olmaqla cəmi 3 hədəf qrup müəyyənləşdirilib. Növbəti aylarda həmin qruplara sosial-psixoloji dəstək göstəriləcəkdir.

    Qeyd edək ki, “Şəfa Psixoloji-Sosial Yardım İctimai Birliyinin fəaliyyət sahəsi, adından məlum olduğu kimi ehtiyacı olan ailə uşaqlara Psixoloji-sosial qayğınıngöstərilməsi və maarifləndirilməsindən, həmçinin, bölgədə yaşayan və xüsusi qayğıya ehtiyacı olan şəxslərə psixoloji və sosial köməkliklərin göstərilməsindən ibarətdir. Birlik fəaliyyətə başladığı gündən bir çox layihələrin həyata keçirilməsində həm koalisiyanın üzvü kimi, həm də öz ideyalarının tətbiqi sahəsində bir neçə sahədə uğurlar əldə edib. Psixoloji və sosial-iqtisadi maariflənmə işlərinin aparılmasında böyük təcrübəsi vardır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR