AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu şəxslər dövlət hesabına ödənişsiz vəkillə təmin olunacaqlar

  • + A
  • - A
  • 29-07-2023, 11:44


    Bu şəxslər dövlət hesabına ödənişsiz vəkillə təmin olunacaqlar

    Məişət zorakılığından zərər çəkmiş və digər həssas qrupdan olan şəxslərin mülki işlərdə dövlət büdcə vəsaiti hesabına vəkillə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişiklik edildi.

    26 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən ödənişsiz hüquqi yardımla əlaqədar Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi ilə bağlı 09 iyun 2023-cü il tarixli Qanunun tətbiqinə dair Fərman imzalanmışdır. Qəbul edilmiş dəyişikliyə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxsin maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququ müəyyən edilmişdir.
    Azadmedia.az xəbər verir ki, aşağıda qeyd edilən şəxslər məhkəmə qərarı ilə dövlət hesabına ödənişsiz vəkil ilə təmin olunacaqlar:
    ✅ orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən şəxslər;
    ✅18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
    ✅insan alverinin qurbanları;
    ✅məişət zorakılığından zərər çəkmiş şəxslər;
    ✅valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar;
    ✅ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
    ✅müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;
    ✅maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR