“Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İctimai Birliyi “Sumqayıt orta məktəblərində Vətən müharibəsindəki qələbəmizin təbliği ilə bağlı maarifləndirmə işinin dəstəklənməsi” layihəsini həyata keçirir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi yeni yetişən nəslin milli-mənəvi dəyərlərin qorunmasının, bədii-estetik zövqlərinin vətənpərvərlik ruhunda yetişdirilməsinə kömək etməkdir.
Layihənin hazırlıq işləri artıq başa çatıb. Sumqayıt orta məktəbləri arasından 2 məktəb 23№-li və İsmət Qayıbov adına 1№-li tam orta məktəbləri seçilib. 23 №-li tam orta məktəb Murad Məmmədov, Elçin Cəbrayılov və Vüsal Allahverdiyev, 1№li orta məktəb Mustafalı Əlizamin kimi Şəhid məzunları ilə fəxr eləyirlər.
Qeyd edək ki, layihənin məlumat lövhəsi (roll up) çap olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.