AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Vətən Müharibəsi Qələbəsi igidləri" sənədli film çəkiləcək - FOTOLAR

  • + A
  • - A
  • 1-08-2023, 22:20

    "Vətən Müharibəsi Qələbəsi igidləri" sənədli film çəkiləcək - FOTOLAR

    "QÜRUR" şəhid ailələri xeyriyyə İctimai Birliyi "Vətən Müharibəsi Qələbəsi igidləri" sənədli film adlı layihənin icrasını Bərdə rayonunda davam etdirir.

    Bu barədə layihə rəhbəri Naibə Behbudova məlumat verib. O, qeyd edib ki, çəkiliş heyətilə birlikdə Bərdə rayonunda olduq: “44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Fəxri Qəribzadənin məzarını, böyüdüyü evi ziyarət etdik. Həmçinin yaxınlarından müsahibələr götürülüb”.

    Qeyd edək ki, "Vətən Müharibəsi Qələbəsi İgidləri" adlı sənədli filmi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Vətən Müharibəsi Qələbəmizin yeniyetmə və gənclər arasında təbliğ olunması onlarda öz vətəninə məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması, həmçinin Vətən Müharibəsinin qələbəsi igirlərini, qəhrəmanlarını özləri üçün bir örnək götürməkdən ibarətdir. 44 günlük müharibədəki qələbəmiz, Rəşadətli Ordumuzun qüdrətini bütün dünyaya göstərməkdir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR