AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlılara qarşı müharibə cinayətləri törətmiş şəxsləri Xaçaturyanın aqibəti gözləyir - Cəsarət Hüseynzadə

  • + A
  • - A
  • 2-08-2023, 17:53

    Azərbaycanlılara qarşı müharibə cinayətləri törətmiş şəxsləri Xaçaturyanın aqibəti gözləyir - Cəsarət Hüseynzadə

    Beynəlxalq ictimaiyyət Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etməlidir

    “Hər hansı beynəlxalq təşkilatın Vaqif Xaçaturyan üzrə fokuslaşması çox çirkin görüntü yaradır. Halbuki beynəlxalq təşkilatlar məsələyə Meşəli soyqırımının iştirakçılarından olan Vaqif Xaçaturyan kimi baxmalıdır”
    .

    Bu fikirləri “İki sahil”ə açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

    C. Hüseynzadə qeyd edib ki, beynəlxalq təşkilatlar görməlidir ki, Vaqif Xaçaturyana qarşı hansısa hüquqdan kənar addım atılmayıb: “O, qanunsuz erməni silahlı birləşmələrinin üzvlərindən biri kimi törətdiyi cinayət əməllərinə görə saxlanılıb və məhkəmə qarşına çıxarılacaq. Ona tibbi yardım göstərilib, müalicəsi təşkil olunub. Bilmirəm dünyada elə bir ölkə var ki, onun xalqına qarşı cinayət törətmiş şəxsə qarşı bu qədər dözümlü yanaşsın. Biz bunu edirik. Biz ədalətin, eyni zamanda, humanistliyin də yanındayıq. Amma təəssüf ki, Azərbaycan xalqına qarşı nə ədalət, nə də ki, humanist münasibət olub
    Sədr vurğulayıb ki, otuz iki il ərzində Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb, bu boyda faciəni görməyiblər, eşitməyiblər: “Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri də Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılması ədalətin təntənəsi olmaqla yanaşı, Azərbaycanın öz suveren ərazində hüququn aliliyinin təmin edilməsi üçün atdığı vacib addım idi. Xankəndinə toplaşmış quldur dəstə, qeyri qanunu hərbi birləşmə üzvləri də törədikləri cinayətlərə görə qanun qarşında cavab verəcəklər. Hesab edirəm ki, ədalətin tam bərpası yaxınlaşır. Vaqif Xaçaturyan və digər cinayətkarların saxlanılması və ədalət məhkəməsinə çıxarılması vacibdir. Beynəlxalq axtarışda olan şəxsin saxlanılması normal qaydadır. Beynəlxalq ictimaiyyət Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etməlidir. Azərbaycanlılara qarşı bütün müharibə cinayətkarlarını Xaçaturyanın aqibəti gözləyir”.

    C. Hüseynzadənin sözlərinə görə, cinayətkarlarla bağlı başqa bir məqam, ermənilərin Beynəlxalq Qızıl Xaç Komitəsinin tibbi evakuasiyasından da sui-istifadə etməsi, bundan həm qaçaqmalçılıq, həm də Xaçaturyan kimi cinayətkarların qaçması üçün faydalanmağa çalışması, təşkilatın da buna imkan yaratmasıdır.

    Bu məsələnin isə hüquqa söykənən çox sadə həll mexanizmi var. Beynəlxalq Qızıl Xaç Komitəsinin Qarabağdakı ofisi birmənalı olaraq Bakıdakı mərkəzi ofisə tabe olmalıdır. Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri cinayətkarların sığınacaq yeri olmamalıdır. Beynəlxalq humanitar hüquq da buna qarşıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR