AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siyəzən rayonunda uşaqlar üçün sosial reabiltasiya təşkil olunur - FOTOLAR

  • + A
  • - A
  • 3-08-2023, 14:39

    Siyəzən rayonunda uşaqlar üçün sosial reabiltasiya təşkil olunur - FOTOLAR

    “Sosial Dayaq” İctimai Birliyinin Siyəzən rayonunda həyata keçirdiyi “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabiltasiyanın təşkili” layihəsi davam edir.

    Layihə rəhbəri Qərənfil Niftəliyeva bildirib ki, layihəni Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyələşdirir: “Təlimlərə valideyinlərin cəlb olunması layihənin səmərəliliyini daha da artırır. Layihə başa çatdığı zaman onlar mütəxəssis məsləhəti ilə uşaqlarına kömək edə biləcək və öz uşaqları ilə ünsiyyət qurmaq, onlara erkən yardım göstərmək bacarıqları əldə edəcəklər. Valideynlərə uşaqları ilə ev şəraitində necə məşğul olacaqları barədə maarifləndirmə işi aparılır”.

    Qərənfil Niftəliyeva həmçinin qeyd edib ki, təlimlər uşaqların fiziki –mənəvi sağlamlığına və inkişafına dəstək verir, onlarda müsbət dəyişikliklərə səbəb olur: “Təlimlər zamanı uşaqlara ünsiyyət bacarıqları, göz kontaktının qurulması, əl- barmaq hərəkətlərinin aktivləşdirilməsi, yazı və oxu texnikasına hazırlıq, nitq inkişafı, fiziki inkişaf, sosial və özünəxidmət bacarıqları və s. bacarıqlar öyrədilir”.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR