“Cəmiyyətin Davamlı İnkişafına Yardım” İctimai Birliyi “Fərdi fermerlərin kooperasion əsaslarla özünüməşğulluq bacarıqlarının artırılmasına dəstək” layihəsinin icrasını davam elətdirir.
Birlikdən verilən məlumata görə, layihə ilə bağlı avqustun 3-də Xaçmaz rayonunun Hülövlü kəndində “Tərəvəzçilikdə innovativ aqrar xidmətin tətbiqinin səmərəliliyi” mövzusunda təlim keçirilib. 13 nəfərin iştirak etdiyi təlimdə layihə koordinatoru Fərrux Əsgərov ilk öncə layihənin Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi barədə geniş məlumat verdi.
Daha sonra təlimçi Famil Baxışov kənd təsərrufatında uzun illər rəhbər vəzifələrdə işləməsi və bu sahədə tam mütəxəssis olduğuna görə təlimçilərə kənd təsərrufatının inkişaf etdirilməsi yollarının incəlikləri haqqında tam dolğun məlumat verib. Kənd təsərrüfatı kooperasiyası haqqında qanun, kooperativin torpaqları, kooperativin iqtisadi səmərəliliyi və kənd təsərrüfatı kooperativlərinin əsas pirinsipləri haqqında təlim iştirakçıları ilə qarşılıqlı müzakirələr aparılıb. Tərəvəzçilikdə innovativ aqrar xidmətin tətbiqinin səmərəliliyinin əhəmiyyəti barədə ətraflı çıxış edən tədbir iştirakçıları slayd vasitəsi ilə göstərilən məlumatları daha effektli olmasını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.