AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Assosiasiya sədri nazirə müraciət etdi

  • + A
  • - A
  • 5-08-2023, 12:51

    Assosiasiya sədri nazirə müraciət etdi

    Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazova

    Hörmətli, cənab nazir!

    Sizə həm Azərbaycan Autizm Assosiasiyasının rəhbəri, həm də autizmli uşağın valideyni kimi müraciət edirəm. Sosial şəbəkələrdə yayılan videoda autizmli uşağa qarşı olan şiddət bizi məyus etdi. Görüntüləri izləmək çox üzücüdür. İllərdi bu uşaqlara həyatımızı veririk, onları cəmiyyətə qazandırmaqdan ötrü xeyli əziyyət çəkirik ki, bunu heç bir ölçü vahidi ilə ölçmək mümkün deyil.
    Sizə bir daha Assosiasiyamıza üzv olan onlarla təşkilatın, yüzlərlə ailələrin adından müraciət edirik. Autizmli uşağa qarşı olan zorakılıqda iştirak edən şəxslərin aşkarlanmasını və layiqli şəkildə cəzalandırılmasını rica edirik. Bu barədə ictimaiyyətin məlumatlandırılması da ən vacib şərtlərdən biri olmalıdır ki, yenidən belə hallar təkrarlanmasın.

    Sizə və qanunun aliliyinə inananırıq.


    Dərin hörmətlə,
    Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR