AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Parklanmada nağdsız ödənişlər – Sürücülər narahatdır

  • + A
  • - A
  • 7-08-2023, 08:00

    Parklanmada nağdsız ödənişlər – Sürücülər narahatdır

    Xəbər verdiyimiz kimi nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı nağdsız qaydada həyata keçiriləcək. Bu məqsədlə AYNA təərəfinfən “Azparking” mobil tətbiqi istifadəyə verilib. Azadmedia.az xəbər verir ki, sürücülər tətbiqi həm “App Store”, həm də “Google Play Store”dan yükləyə bilər.
    Qurumlarımızın koordinasiyalı işləyə bilməməsi səbəbindən vətəndaşlar hələ də əziyyət çəkir. Dəfələrlə mediada işıqlandırılsa da, problem həllini tapmır, hələ də açıqlanmır ki, küçədə pul yığanların sahibi kimdir, pullar kimin cibinə gedir. AYNA birmənalı şəkildə bəyan edir ki, küçədə pul yığanlarla mübarizə onların səlahiyyət dairəsinə daxil deyil.
    Yeni qanunla əlaqədar sürücüləri narahat edən suallardan biiri də kartların təhlükəsizliyinin qorunma məsələsidir. Sürücülərin kartlarının qorunmasına qarantiya varmı? Agentliyin mühasibatlarından kimsə karta müdaxilə edə bilərmi?
    AYNA bu ehtimalları qətiyyətlə rədd edir və bildirir ki, kartlar “AzParking” mobil tətbiqində saxlanılmır. Bankın verdiyi “card save” xidmət əsasında saxlanılan kartlar bank sistemdə mövcud olur.
    Sistem işə düşdükcə yeni suallar yaranacaq, bizsə prosesləri yaxından izləyib yaranan sualara aydınlıq gətirməyə çalışacağıq.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR