AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənclərin özünü məşğulluq və sahibkarlıq bacarıqları artırılır - FOTOLAR

  • + A
  • - A
  • 7-08-2023, 10:47

    Gənclərin özünü məşğulluq və sahibkarlıq bacarıqları artırılır - FOTOLAR

    Avqustun 6-da "Balans" İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi "Gənclərin özünü məşğulluq və sahibkarlıq bacarıqları" layihəsi çərçivəsində təşkil olunmuş 6 günlük təlimlərə yekun vurulub.

    Birliyin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev bildirib ki, layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata kçirilir. Onun sözlərinə görə, qeyd olunan layihəyə 17 nəfər yeniyetmə və gənclər cəlb olunmalı idi: “Həm layihəyə və həm də iqtisadi mövzuları özündə əks etdirən təlimlərə daha çox ehtiyac olduğundan müraciət edən gənclərin sayı da çox idi. Ona görə, layihəyə 20 nəfər gəncləri cəlb etdik. İlk 3 gün təlimlər nəzəri biliklərin aşılanması ilə keçib. Gənclər həmin təlimlərdə “Liderlik”, “Karyera”, “Komandanın gücü”, Özünü məşğulluq bacarıqları”, “Sahibkarlıq subyektlərinin qeydiyyatı və inkişafı”, “Vergi və sığorta münasibətləri”, “Bank və kredit münasibətləri”, “Bazar araşdırması və rəqiblərin təhlili”, “Marketinq və Reklam” mövzularında hazırlanmış təqdimatlarla bilik və bacarıqlarını artırdılar. Növbəti 3 günlük təlimlərdə isə gənclər, “Yeni biznes ideyaların formalaşması”, Biznes plan və layihələrin yazılması” və Maliyyənin idarə olunması və biznesin maliyyə planı-Büdcə” mövzularında praktiki və beynəlxalq təcrübələrə əsaslanan təqdimatlarla bilik və bacarıqlar əldə ediblər”.

    Layihə üzrə təlimçi Adilə Məmmədova QHT.az- a qeyd edib ki, Azərbaycanın bütün regionlarında yeniyetmə və gənclər üçün belə layihə və iqtisadi mövzularla zəngin təlimlərə çox böyük ehtiyac var: “Bu layihə çərçivəsində üzərimizə çox böyük yük düşürdü. Qısa müddət ərzində təşkilati, hüquqi və iqtisadi sahələri özündə əks etdirən 14-15 mövzuda təqdimatlarla 6 gün ərzində gəncləri tanış etmək, bu sahədə onların bilik və bacarıqlarını artırmaq çox çətin idi. Bu şərəfli və məsuliyyətli işin öhdəsindən layiqincə gəldik. Gənclərin də arzusunu nəzərə alaraq və bir təlimçi olaraq Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təklif edirəm ki, belə ağır və vacib mövzularda təlim/günlərin sayını artırsınlar. Belə mövzularda hər bir mövzu üçün 2 gün vaxt daha səmərəli və effektiv olar”.

    Qeyd edək ki, təlimlərin son günü iştirakçılara sertifikatlar təqdim olunub. Layihə öz fəaliyyətini davam elətdirir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR