"Qürur" şəhid ailələri xeyriyyə İctimai Birliyi layihənin icrası üçün "Vətən Müharibəsi Qələbəsi İgidləri" adlı sənədli filmini davam etdirir.
Layihə rəhbəri Naibə Behbudova bildirib ki, çəkiliş heyətilə birlikdə Mingəçevir şəhərində olduq: “44 günlük Qarabağ müharibəsi zamanı şəhid olan, evin yeganə övladı, Elmar İbrahimovun məzarını və böyüdüyü Mingəçevirdəki evlərini ziyarət elədikdən sonra anasından və döyüş dostundan müsahibə götürüldü”.
Qeyd edək ki, "Vətən Müharibəsi Qələbəsi İgidləri" adlı sənədli film Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.