AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Leykemiya hökm deyil!- qan xərçəngi haqqında əhali düzgün məlumatlandırılmalıdır

  • + A
  • - A
  • 9-08-2023, 10:08

    “Leykemiya hökm deyil!- qan xərçəngi haqqında əhali düzgün məlumatlandırılmalıdır

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Leykemiya hökm deyil!- qan xərçəngi haqqında əhalinin düzgün məlumatlandırılması” adlı layihə maliyyələşdirilib. Layihə 01 avqust 2023-çü il tarixindən 31 oktyabr 2023-çü ilə gədər davam edəcək.

    “Leykemiya ilə mübarizə” İctimai Birliyinin rəhbəri Mehriban Bağırova bildirib ki, ölkəmizdə 10 milyon əhalinin arasında son vaxtlar daha tez-tez rast gəlinən 3000-dən cox qan xərçəngindən əziyyət çəkən vətəndaşlarımız müalicə üçün müxtəlif tibb müəssisələrinə müraciət edirlər. Müalicəyə müraciət edənlərin 45 % məktəbəqədər və məktəbyaşlı uşaqlardı. Çox vaxt cəmiyyət arasında “Ağ qan qırmızı qanı yeyir” ifadəsi ilə belə bir yanlış fikir irəli sürülür və bu da ailədə qan xərçəngindən, yəni leykemiyadan əziyyət cəkən insana ölüm hökmü kimi səslənir. Bəzən ailələr bu hökmlə barışıb, xəstə ailə üzvünü ölümlə üz-üzə qoyur və qan xərçənginə duçar olmuş 45 % uşaqların yalnız yarısı valideynlərin müraciəti ilə adekvat müalicə alır, digər yarısı isə ümüdlərini itirərək uşaqları müalicəsiz qoyurlar”.

    Tibb elminin inkişafı Azərbaycana təsir etdiyinə görə qan xərçəngindən əziyyət cəkən insanlar vaxtında tibb müəssisələrinə müraciət edərək adekvat müalicə alır və sağlamlığına qovuşur. Sağalmada yüksək nəticələri nəzərə alıb, bu barədə əhali arasında düzgün məlumatlandırma kampaniyasının kecirilməsi zəruridir. Yanlış stereotiplərin aradan qaldırılması üçün aksiyalar, maarifləndirici seminarlar, televiziya və radio şou verilişləri, sosial çarxın çəkilişi kimi müxtəlif səpkidə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.

    Mehriban Bağırova bildirib ki, yerli İcra strukturlar, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə birgə layıhə çərçivəsində Bakı və Lənkəran şəhərləri, Quba rayonunda seminarlar, aksiyalar və tanıtıcı kampaniyalar keçirilməsi, “Leykemiya hökm deyil” adlı sosial çarxın hazırlanması, leykemiyalı xəstələr və valideynlər üçün əl kitabçasının hazırlanması və çapı, əldə edilən nəticələr haqqında cəmiyyətə KİV-in dəstəyi ilə çatdırılması nəzərdə tutulub.

    Əlaqə nomrələri : 055-677-32-58, 050-793-59-33


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR