AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yetkinlik yaşına çatmayan məhkumlarla bağlı layihəyə start verilib

  • + A
  • - A
  • 9-08-2023, 12:36

    Yetkinlik yaşına çatmayan məhkumlarla bağlı layihəyə start verilib


    Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi “Yetkinlik yaşına çatmayan Məhkumların sosial-psixoloji reabilitasiyası, hüquqi yardım xidmətlərinin təşkili və cəmiyyətə reinteqrasiya” layihəsinin icrasına başlayıb.

    2023-cü ilin iyul ayının 1-dən başlayan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlığı ilə təşkil olunur. Layihənin əsas məqsədi Azərbaycanda yetkinlik yaşına çatmayan hüquqpozuntusu törətmiş və riskli davranışa meyilli uşaqların sosial-psixoloji reabilitasiyasını, cəmiyyətə və ailələrə reinteqrasiyasını həyata keçirməkdir. Həmçinin müvafiq dövlət qurumları ilə əməkdaşlıqda riskli ailələrin və uşaqların erkən müəyyən edilməsi, valideynlərlə profilaktik işin aparılması, habelə Probasiya xidməti və Ədliyyə Nazirliyinin Penitensiar xidməti nəzdində Uşaq tərbiyyə Müəssisəsində qeydiyyatda olan uşaqların qiymətləndirilməsi, peşə yönümlü fəaliyyətin, oğlan məhkumların asudə vaxtının təşkili həyata keçiriləcəkdir.

    Birlikdən verilən məluamata görə, layihə çərçivəsində təşkilatın sosial xidməti olan Yuvenal Ədliyyə Mərkəzi tərəfindən qeydiyyada olan uşaqların məhkəmə proseslərində hüquqi dəstək verməklə, müvafiq məhkəmə proseslərində uşaqlara dair rəylərin hazırlanacaqdır. Layihədə əsas istiqamət məhkum uşaqaların qapalı müəssisədə olarkən müxtəlif peşə sahiblərini cəlb edərək asudə vaxtlarının, dünyagörüşünün genişlənməsi və onlara müxtəlif sahələr üzrə həyat və peşə bacarıqlarının öyrədilməsidir. Bu fəaliyyət uşaqların öz istəklərinə uyğunlaşdırılmaqla, peşənin nəzərə və praktik bilgilərinin əldə olunmasının nəticəsində yekun rəsmi sertifikatların təqdim edilməsi ilə aparılacaqdır.

    Qeyd edək ki, Birlik 2007-ci ildən cinayyət törədən və riskli davranışa meyilli uşaqlarla iş üzrə Yuvenal Ədliyyə Proqramına başlamış və proqram çərçivəsində Yuvenal Ədliyyə Mərkəzi və Uşaq Hüquqları Klinikası təsis edilib. Hazırda hər iki xidmətin fəaliyyəti Ədliyyə Nazirliyi və UNİCEF Azərbaycan ofisinin dəstəyi və tərəfdaşlığı ilə davam etdirilir. Mərkəzlər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə Polis İdarələri, Rayon İcra Hakimiyyətlərinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyalarla, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Penitensiar Xidmət, Bakı Probasiya İdarəsi, Təhsil Nazirliyi, Sosial Xidmətlər Agentliyi və digər müvafiq yerli qurumlarla əməkdaşlığını uğurla davam etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR