AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ekoturizm’də MƏN” layihəsi təşkil olunub - FOTO / VİDEO

  • + A
  • - A
  • 10-08-2023, 10:40

    “Ekoturizm’də MƏN” layihəsi təşkil olunub - FOTO / VİDEO

    31 iyul – 1 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Turizm Könüllüləri” ictimai birliyinin təşkilatçılığı ilə “Ekoturizm’də MƏN” layihəsi təşki olunub.
    Layihə çərçivəsində gənclər ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyma mərasimində iştirak ediblər.

    Tədbir “Turizm Könüllüləri” ictimai birliyinin rəhbəri Rəminə Salayevanın və Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimovun çıxışı ilə başlayıb.

    Layihənin ilk günündə forum çərçivəsində 3 panel sessiyası təşkil olunub. Belə ki, moderator və spikerlər “Ekoturizm layihələrinin üzləşdiyi ümumi maneələr və problemlər”, “Yerli icma nümayəndələrinin ekoturizmə cəlb edilməsi” və s. məsələləri müzakirə ediblər, həmçinin auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

    İkinci gün isə layihə çərçivəsində “Ekoturizm anlayışı və təbiəti mühafizə”, Ekoturizmin yaratdığı imkanlar və inkişaf problemləri”, “Ekoturların təşkili və bu zaman turistlərin təhlükəsizliyinin təminatı” və “Tur rəhbərlərinin xüsusiyyətləri” olmaqla 4 müxtəlif mövzu təlimçilər tərəfindən gənclər ilə müzakirə olunub, eləcə də bu məsələlərlə bağlı turizm könüllüləri ilə şəxsi təcrübələri bölüşülüb.

    Qeyd edək ki, layihənin təşkil olunmasında əsas məqsəd Lənkəran şəhərində yaşayan, turizm sahəsi üzrə təhsil alan və ya müvafiq sahəyə marağı olan 20 turizm könüllüsündə ekoturizm anlayışının düzgün formalaşdırılması, adı çəkilən sahənin gənclər arasında düzgün təbliğ edilməsi və onların turizm fəaliyyətlərinə cəlb olunmasına dəstəyin göstərilməsidir.

    Təşkilati məsələlərdə dəstəyə görə Lənkəran Gənclər Evi Sosial Xidmət müəssisəsinə və Lənkəran Regional Turizm İdarəsinə təşəkkür edirik!









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR