AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məsuliyyətli Ata Mədəniyyətinin İnkişafı Mərkəzi fəaliyyətə başlayıb

  • + A
  • - A
  • 10-08-2023, 10:43

    Məsuliyyətli Ata Mədəniyyətinin İnkişafı Mərkəzi fəaliyyətə başlayıb

    “Мüstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi 1 avqust 2023-cü il tarixindən “Valideyn Məsuliyyəti – Məsuliyyətli Ata Mədəniyyətinin İnkişafı Mərkəzinin yaradılması” adlı qrant layihəsinin icrasına başlayıb.

    Layihə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailə, qadın, uşaq və gender məsələləri” proqramı çərçivəsində keçirilən 2023-cü il kiçik qrant müsabiqəsində qalib seçilib.

    Məqsəd Bakıda sağlamlıq imkanları məhdud uşaqların ataları və sağlamlıq imkanları məhdud atalar üçün Məsuliyyətli Ata Mədəniyyətinin İnkişafı Mərkəzinin yaradılması, kişilərlə işin gender-həssas texnologiyasının praktikaya tətbiq edilməsindədir. Əlilliyi olan uşağın doğulmasını gözləyən və ya artıq sağlamlıq imkanları məhdud uşaqları olan gənc atalarla təşkilati qrup işi yalnız kişilər, artıq sağlamlıq imkanları məhdud uşaqları böyüdən atalar tərəfindən həyata keçirilir. Ölkəmizdə ailələri uşaq dünyaya gətirməyə hazırlayan müxtəlif kurslar, məktəblər, qruplar mövcüd olmağna baxmayaraq bütün bu işləri uşaq böyütmək təcrübəsi olan kişilər tərəfindən həyata keçirilən gənc atalar üçün kişi məktəbləri mövcud deyil.

    Mütəşəkkil məktəbdə kişilərin uşaq doğulmasına hazırlanması tibbi yox, sosial aspektə malikdir. Mərkəzin bazasında işlər ailənin sağlamlıq imkanları məhdud uşağın doğulmasına və tərbiyəsinə hazırlanmasının və kişinin yeni, ata, roluna hazırlanmasının əlavə komponenti kimi antenatal klinikalar, uşaq poliklinikaları, reabilitasiya mərkəzləri ilə birgə həyata keçiriləcək. Ailənin dağılmasına səbəb olan risk faktorlarının azaldılması, gənclər arasında ailədə antisosial davranış formalarının qarşısının alınması, ailə institutunun qorunmasına, məsuliyyətli atalığın təşviqinə yönəlmiş kişilərin sosial əhəmiyyətli fəaliyyətinin aktivləşdirilməsi, valideynlər arasında hüquqi mədəniyyət səviyyəsinin yüksəldilməsi gözlənilən nəticələrdəndir.

    Layihə cari ilin oktyabr ayının 31-də bitəcək. İştirak etmək və ya dəstək vermək istəyən əlaqə saxlaya bilər.

    “Мüstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi

    AZ189. Bakı ş. Hövsan qəs., Çöllük küç., 131.

    mob. və whatsapp: (+994 55) 771 73 88, (+994 51) 848 47 84

    e-mail: independent_life@mail.ru; independent_life_a@yahoo.com


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR