AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nitq və eşitmə qabiliyyəti məhdud gənclər üçün karyera düşərgəsinin 2-ci günü - FOTOLAR

  • + A
  • - A
  • 14-08-2023, 10:08

    Nitq və eşitmə qabiliyyəti məhdud gənclər üçün karyera düşərgəsinin 2-ci günü - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İB təşkilatçılığı ilə “Nitq və eşitmə qabiliyyəti məhdud gənclər üçün karyera düşərgəsinin təşkili” adlı layihəyə Astara rayonunda təlimin 2-ci günü uğurla davam edib.
    Təlimin 2-ci günü giriş sözünü layihənin rəhbəri və təşkilatın sədri Şamil Sabirzadə açaraq düşərgədə iştirak edən nitq və eşitmə qabiliyyəti məhdud gənclərə uğurlar arzu edərək sözü Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İB nin psixoloqu Nərmin Mir Hadi xanıma verdi.

    Nərmin xanım gənclərə “Mental sağlamlığın qorunması” mövzusunda interaktiv təlim keçdi. Təlim mövzusu daxilində “İş və şəxsi həyatın balansı”, “ Sağlam ruhda sağlam bədən olar” başlığı altında müzakirələr aparıldı. Təlim zamanı düşərgə çərçivəsində motor hərəkətlərin inkişafı üçün müxtəlif oyunlar, diqqətin davamlılığının yoxlanılması məqsədilə testlər keçirilmişdir. Eyni zamanda gənclərin potensialını ortaya çıxarmaq üçün bədii təxəyyülü və əyani obrazlılığının inkişafına əsaslanan şəkilli vasitələrdən istifadə olunmuşdur.

    Diqqət və hafizənin inkişafı, habelə komanda quruculuğu üçün aşağıdaki oyunlar təşkil olunmuşdur:

    Fil oyunu
    Əl çalmaq oyunu
    Art Terapiya
    Stol üzərində yüngül top üfürmək

    Bütün proses təşkilatın jest dili təlimçisi və tərcüməçi Könül Quliyeva tərəfindən nitq və eşitmə qabiliyyəti məhdud şəxslərin ünsiyyət dili olan jest dilinə tərcümə olunur.

    Layihənin gedişi və nəticələri haqqında ictimaiyyətə əlavə məlumatlar veriləcək.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR