AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sığortalanaq, sağlam olaq” adlı növbəti tədbir İsmayıllı rayonunda keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 15-08-2023, 19:07

    “Sığortalanaq, sağlam olaq” adlı növbəti tədbir İsmayıllı rayonunda keçirilib - FOTOLAR

    Bu gün İsmayıllı rayonu Mərkəzi Uşaq kitabxanasında Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Sığortalanaq, sağlam olaq” – regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi adlı layihəsinin növbəti tədbiri uğurla həyata keçirilib.

    Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

    İsmayıllı sakinlərinin, yerli vətəndaşların iştirak etdiyi tədbirdə İsmayıllı rayonu İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Faxdiyev müzakirə olunacaq mövzunun aktual olduğunu qeyd edib.

    Layihənin rəhbəri, Pediatrik Kardiologiya və Revmatologiya ictimai birliyinin sədri Sveta Rəfiyeva layihə və mövzu barədə geniş çıxış etdi, tədbir iştirakçılarının suallarını cavablandırdı. Mövzu ətrafında ailə nümayəndələrinin geniş fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, layihənin məqsədi 6 regionda – Xaçmaz, Şabran, Siyəzən, İsmayıllı, Kürdəmir, Oğuzda əhalinin icbari tibbi sığorta haqqında məlumatlandırmaq, onların sağlamlıqları üçün İTS imkanlarından yararlanması üzrə maarifləndirməkdir. Layihə üzrə növbəti tədbir Kürdəmirdə keçiriləcəkdir.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR