AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda Beynəlxalq Konfrans keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 16-08-2023, 10:57

    Bakıda Beynəlxalq Konfrans keçirilib - FOTOLAR


    Avqustun 15-də Bakı şəhərində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı beynəlxalq konfrans keçirilib.

    Konfransda müvafiq dövlət orqanlarının təmsilçiləri, Şərq Tərəfdaşlığı ölkələrinədən ekspertlər, Qərbi Azərbaycan İcmasının və ölkədə fəaliyyət göstərən Vətəndaş Cəmiyyəti İnstitutlarının təmsilçiləri iştirak edib.

    Konfrans Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Platformasında təqdimatı və icmalarda təşviqi” adlı layihə çərçivəsində baş tutub.


    Konfransı Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli salamlama nitqi ilə açıq elan etmiş, konfransın məqsədləri və iştirakçıları barədə təqdimat edib.

    Daha sonra “Departasiya qurbanlarının qayıdışı beynəlxalq hüquq çərçivəsində” mövzusunda I panel keçirilib. Bu panel çərçivəsində Azərbaycan təcrübəsi üzrə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İB-nin beynəlxalq əlaqələr departamentinin rəhbəri, Ankara Universiteti Hüquq fakültəsinin tələbəsi Əlibəy Hüseynli, Belarus təcrübəsi üzrə Belarus Respublikası Akademtrans Sahibkarlığa Dəstək Mərkəzinin rəhbəri Natalya Harbuz, Gürcüstan təcrübəsi üzrə Qadın Biznes Assosasiyası, AB Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İqtisadi İnteqrasiya İşçi Qrupunun koordinatoru Nino Elizbaraşvili, Türkiyə təcrübəsi üzrə Türkiyə Qazi və Şəhid Ailələri Vəqfi Bursa Başqanı Fikri Özder və Ukrayna təcrübəsi üzrə Azərbaycan Ukrayna Qadınlar Cəmiyyəti İctimai Birliyinin rəhbəri Lidia Alieva-Şestak geniş təqdimatla çıxış ediblər.

    Əlibəy Hüseynli Qərbi Azərbaycana qayıdış konsepsiyasının beynəlxalq hüquq prinsipləri çərçivəsində hazırlandıgını və ölkələrin ərazi bütövlüyünün qorunub saxlamaqla yanaşı, deportasiya qurbanlarının ləyaqətli qayıdış, təhlükəsizlik və mülkiyyət hüquqlarınin qorunması istiqamətində Ermənistanın üzərinə düşən hüquq və vəzifələr barədə geniş təqdimatla çıxış edib.

    Konfransın II təqdimat paneli “Şərq Tərəfdaşlığı regionunda sülh və sabitliyin qorunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusuna həsr edilib.

    Bu paneldə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Plafformasının koordinatoru Şəhla İsmayıl və Gürcüstan Beynəlxalq Biznes və İqtisadi İnkişaf Mərkəzinin sədri David Tsiskaridze geniş təqdimat ediblər.

    Konfransın gedişində Azərbaycan Respublikası QHT-lərə Dəstək Agentliyinin Müşahidə Şurasının üzvləri Azər Allahverənov, Zaur İbrahimli, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri Rauf Zeyni, Umud Mirzəyev, Mirəli Hüseynov, Əhməd Abbasbəyli, Fuad Həsənov, Ziya Quliyev, Miraslan Bəkirli çıxış edərək maraqlı təkliflər səsləndiriblər.


















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR