Avqustun 16-da Ağdam rayon YAP-ın binasında “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihəsinin 3-cü tədbiri keçirilib.
Layihənin məqsədi regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarını keçirilməklə, narkomaniya, tütün və digər zərərli vərdişlərin acınacaqlı, fəlakətli nəticələri barədə əhalini xüsusilə gəncləri məlumatlandırmaq, onları kənar təsirlərdən qorunmalarına yardım etməkdir.
Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini Mehman Mustafayev təqdim olunan layihənin mövzusunun dövrümüz üçün ən aktual problemlərdən biri oldugunu qeyd edib və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və “Tərəqqi” SİİB-nə aktual mövzuya görə təşəkkürünü bildirib.
Layihənin rəhbəri, “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri, Telman Dadaşov zərərli vərdişlər və onun törətdiyi sağalmaz xəstəliklərlə bağlı danışıb: “Ölkəmizdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu sahədə ictimai maarifləndirmə işlərinin əhatəsini genişləndirmək əsas məqsədlərdən biridir”.
2 nömrəli Ağdam Peşə məktəbin direktoru Xanım Əliyeva, 4 nömrəli Peşə məktəbinin direktoru Fazil Ağayev, 4 nömrəli Peşə məktəbinin müəllimi İlqar Ərganov, Ağdam Sosial İqtisad Kollecinin direktor müavini Xaləddin Tağıyev və digərləri mövzu ətrafında çıxış ediblər və təkliflərini bildiriblər.
Regional Gender Mərkəzinin sədri Ş. Dadaşova narkomaniyanın digər sosial problemlərə də yol açmasından danışıb.
Qeyd edək ki, layihə 3 ay müddətində Ağdam, Tərtər, Bərdə, Goranboy və Ağcabədi rayonlarında həyata keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.