Ötən ayın ən çox danışılan bizim isə, ən çox informasiya sorğusu qəbul etdiyimiz hadisə idi - məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə…
Bildiririk ki, 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına hospitalizasiya edilən körpənin müalicələri tam yekunlaşıb.
Azadmedia.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı açıqlamada deyilir. Bildirilir ki, son olaraq bütün müayinələrdən keçirilən körpənin səhhətində hər hansı narahatlıq aşkarlanmayıb, müalicələrdən sonra götürülən analizlərdə neqativ hal müşahidə olunmayıb. Hətta onun çəkisi də (3,6 kq) kifayət qədər normallaşıb.
Müalicələri yekunlaşan balaca 1 saylı Körpələr Evinə təhvil verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.