MƏDƏNİYYƏT NAZİRİNİN RƏİS ETDİYİ SABİQ İCRA BAŞÇISININ OĞLU İŞÇİLƏRİN HÜQUQLARINI TAPDALAYIR. Azadmedia.az xəbər verir ki, bu iddinı jurnalist Çingiz Səfərli yazıb. Onun sözlərinə görə Qarabağ Regional Mədəniyyət İdarəsinə bu yaxınlarda yeni rəis təyin olunan Qalib Həsənov (sabiq icra başçısı Şamil Həsənovun oğlu - red.) işçilərin məzuniyyət hüquqlarını pozur. Belə ki, az qalır yay fəsli qurtarsın, amma yeni rəis idarənin tabeliyində olan müəssisələrin əməkdaşlarının məzuniyyətə çıxmağına icazə vermir. Söhbət yüzlərlə işçinin hüquqlarının pozulmasından gedir.
Digər bir tərəfdən həmin şəxslərə hələ iyul ayının əməkhaqqıları da ödənilməyib. Halbuki artıq dövlət müəssisələrində avqust ayının maaşlarının ödənilməsinə başlanılır.
Bütün şikayətlərə, qanun pozuntularına səssiz qalmağa davam edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi bu məsələni araşdıracaqmı?, - jurnalist qeyd edib.
Mədəniyyət Nazirliyinə sorğu yollayıb mövzuya qayıdacağıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.