Laçın rayonunun Zabux kəndi bütün sosial-texniki infrastrukturla təchiz edilib”.
Bunu Zabux sakinlərinin doğma yurduna yola salınmasında iştirak edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Zabux kəndində həmçinin yüksəksürətli - fiberoptik şəbəkəsi də yaradılıb:
“Zabux kəndində ilkin mərhələdə 223 fərdi evdən ibarət gözəl, müasir standartlara cavab verəcək tərzdə kənd inşa olunub. Kənd bütün zəruri sosial-texniki infrastrukturla təchiz edilib. Kənddə orta məktəb, tibb məntəqəsi, uşaq bağçası mövcuddur, gözəl park salınıb. Eyni zamanda yaşayış məntəqəsində yüksəksürətli internet - fiberoptik şəbəkəsi yaradılıb”.
“Əlbəttə ki, bu günü bizə bəxş etdiyinə görə ilk növbədə Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Bu günü müqəddəs ruhları qarşısında baş əydiyimiz şəhidlərə, qazilərimizə borcluyuq”, - deyə komitə sədrinin müavini əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.