Medianın çoxsaylı sorğularına cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub.
Azadmedia.az xəbər verir ki, bu məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov verib.
Əslində xəbər gozlənilən idi. Aylar öncə yazmışdıq ki, şəhid ailələri Jurnalistlər üçün tikilən 2-ci binada qapıları döyür, mənzillərin quruluşuna baxır. Jurnalistlərin ipoteka krediti ilə ev almasına şans yaradılması da, təməlini Prezident İlham Əliyev jurnalistlər üçün qoyan binanın təyinatının dəyişəcəyinə işarə idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.