Ermənistan Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Sərsəng su anbarından Azərbaycana qarşı ekoloji və sosial-iqtisadi terror aləti kimi istifadə etməkdə davam edir. Bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Su Təsərrüfatı Agentliyinin birgə məlumatında deyilir.
Qurumlar onu da qeyd edirlər ki, “Ermənistan və onu qoruyan qüvvələr” ekoloji təcavüzlə yanaşı, Tərtərdə suvarma mövsümündə su anbarından suyun verilməsini qəsdən dayandıraraq, Azərbaycan iqtisadiyyatına külli miqdarda ziyan vurub və vurmaqda davam edir. Böyük kənd təsərrüfatı potensialına və münbit torpaq ehtiyatlarına malik olan Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonları ekoloji terrora məruz qalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.