AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“ABŞ və Avropadakı bütün ermənipərəst siyasətçilər araşdırılmalıdır” - Hikmət Hacıyev

  • + A
  • - A
  • 27-08-2023, 12:20

    “ABŞ və Avropadakı bütün ermənipərəst siyasətçilər araşdırılmalıdır” - Hikmət Hacıyev

    Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-nin “The New York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə çıxarış paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib.

    Prezidentin köməkçisi sosial şəbəkədə yazıb:

    “Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”.

    H. Hacıyevin paylaşdığı “The New York Post”dakı xəbərin başlığında qeyd olunub: “Sen. (senator – red.) Bob Menendesin arvadı ofisi federal araşdırma təhlükəsi ilə üz-üzə olduğunu etiraf etməzdən aylar öncə 400 min dollar qızıl külçə satıb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR