Avqustun 25 –də Goranboy rayonunda “Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihə çərçivəsində dəyirmi masa keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin həyata keçirdiyi bu layihənin 9- cu tədbiri Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy rayon Uşaq və Ailərə Dəstək mərkəzində baş tutub. Məqsəd “Narkotik maddələrin fəsadları və çıxış yolları” mövzusunda müzakirənin keçirilməsi idi.
Goranboy rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Səbuhi Məhərrəmov Donor və icraçı təşkilatı təqdim etdikdən sonra narkomaniyanın bütün dünya üçün problem olaraq qaldığını bildirib və belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Layihənin rəhbəri Telman Dadaşov bildirib ki, layihənin məqsədi regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarını keçirilməklə, narkomaniya, tütün və digər zərərli vərdişlərin acınacaqlı, fəlakətli nəticələri barədə əhalini xüsusilə gəncləri məlumatlandırmaq, onları kənar təsirlərdən qorunmalarına yardım etməkdir.
Goranboy Polis şöbəsindən Əli Məmmədov ,Goranboyrayon Uşaq və Ailələrə Dəstək mərkəzinin direktoru Sənəm xanım Alxasova, RGM –ni sədri Şərqiyyə xanım Dadaşova, Goranboy Mərkəzi xəstəxanasından İlqar Məmmədov, Goranboy –NaftalanTəhsil sektorundan Aytəkin xanım Mahmudova və digərləri təkliflərlə çıxış ediblər. İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinə təşəkkür ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.