Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Şəki rayonunda “Müharibə Veteranlarının Hüquqi Maarifləndirilməsi” adlı layihə çərçivəsində rayonunun bir qrup müharibə iştirakçıları ilə görüş keçirib.
Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Şəki şəhər İ.S.Nakam adına mərkəzi kitabxanasında keçirilən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, AVMVİB NTK sədri Niyazi Quliyev, AVMVİB Şəki rayon şöbəsinin sədri Qafur Mikayılov, AVMVİB Şəki rayon şöbə sədrinin müavini Vüqar Əmirəhmədov, müharibə veteranları və müharibə əlilləri iştirak ediblər. Öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ǝrazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin təşkilatı məsələlər üzrə müavini Vahid Abdurəhmanov çıxış edərək, bu layihənin bir çox veteranlarımızın problemlərinin həllində oynadığı müsbət rolundan danışdı: “Artıq bu layihəni bir neçə rayonda uğurla həyata keçirmişik. Faktlarla layihə çərçivəsində öz hüquqlarını bərpa edə bilmiş veteranlarımızın bundan sonra da hüquqlarının bərpasına hər vasitə ilə yardımçı olacağıq. Müharibə əlilləri, şəhid ailələri və müharibə veteranlarının dövlət, xalq qarşısında böyük xidmətləri olduğunu, bu kateqoriyadan olan vətəndaşlara cəmiyyətdə daim diqqət və qayğı göstərilir, eyni zamanda onların dövlətin etibarlı sosial müdafiəsi ilə əhatə edilir. Lakin hələ də problemlər mövcuddur və biz bu problemləri qruplaşdırdıqda onlarla döyüşçünün müəyyən səbəblərdən öz statuslarını ala bilmədiklərini gördük. Onlarla veterana bu sahədə, məhz bu layihə çərçivəsində yardım edə bilirik. Onlar 28-30 ildən sonra öz statuslarını ala bildilər”.
Çıxış edənlər bu tip layihələrin həyata keçirilməsinin vacibliyindən danışıblar. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Şəki rayon şöbəsinin sədr müavini Vüqar Əmirəhmədov bildirib ki, veteran problemlərinin həllinə rayon rəhbərliyi daim diqqətlə yanaşı: “Belə layihələrin bizim rayonda həyata keçirilməsi də müharibə veteranları tərəfindən rəğbətlə qarşılanır və bu işi davam etdirmək vacibdir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.