AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda qanunlar jurnalistlərin tərəfindədir

  • + A
  • - A
  • 8-09-2023, 11:06

    Azərbaycanda qanunlar jurnalistlərin tərəfindədir

    Azərbaycanda qanunlar jurnalistlərin tərəfindədir.
    Azadmedia.az xəbər verir ki, bu sözləri Medianın İnkişaf Agentliyinin şöbə müdiri Natiq Məmmədli AQTA və MEDİA-nın birgə təşkil etdiyi "Qida zəncirinin əsas mərhələlərindən biri olan qida məhsullarının daşınması xidmətinin tənzimlənməsi və bu sahədə ictimai nəzarətin rolu" mövzusunda təlimdə çıxışı zamanı deyib. Natiq Məmmədli qeyd edib ki, jurnalistlərin ixtisaslaşması zamanın tələbidir. Sevindirici haldır ki, bu gün elə ixtisaslaşmış jurnalistlərimiz var ki, artıq onlar ixtisaslaşdıqları sahə üzrə mükəmməl ekspert kimi fəaliyyət göstərə bilirlər. MEDİA rəsmisi qurumları jurnalistlərin suallarını ən gec 24 saata cavablandırmağa çağırdı. Belə olan halda kommunikasiya düzgün qurulur, dezinformasiyaların qarşısını alır.
    Son dövrlər ölkənin həssas dönəmdən keçdiyini diqqətə çatdıran N.Məmmədli qeyd edib ki, jurnalistlərin ixtisaslaşması, bilik və bacarıqlarının artırılması bütün sahələrdə düzgün yanaşmaya, doğru analizə aparıb çıxarır. Bir sözlə, jurnalistlərin peşəkarlığının artırılması dövlət mənafeyinin xeyrinədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR