“Azərbaycan mediası Vətən Müharibəsi sınağından şərəflə çıxmış mediadır. Cənab Prezident jurnalistlərin ölkəmizlə bağlı dezinformasiyaların qarşısının alınmasında və cəmiyyətin məlumatlandırılmasında medianın rolunu yüksək qiymətləndirib. Bu gün Jurnalistlərin beynəlxalq həmrəyliyi günündə bildirmək istərdik ki, Azərbaycan jurnalistləri milli maraqlarımız ətrafında həmişə həmrəy olublar”
Azadmedia.az xəbər verir ki, bunu Medianın İnkişaf Agentliyinin şöbə müdiri
Natiq Məmmədli AQTA və MEDİA-nın birgə təşkilatçılığı ilə keçirilən təlimdə sertfikatların verilməsi zamanı bilirdirb.
“Jurnalistlər arasında həmrəylik bizim peşəkarlığımız qədər vacibdir”, - deyə şöbə müdiri bildirib.
Qeyd edək ki, bu gün 8 sentyabr dünyada Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü kimi qeyd olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.