“Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən icra olunan “Erkən nigahlara yox deyək” adlı layihə çərçivəsində Şirvan şəhəri H. Əliyev mərkəzində növbəti seminar keçirilib.
Birliyin sədri Əli Mirzəyev bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir: “Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Rəfail Nəsirov, H. Əliyev Mərkəzinin əməkdaşları, 2, 4, 5, 11 nömrəli tam orta məktəblərinin psixoloqları, YAP Şirvan şəhər təşkilatının əməkdaşları iştirak ediblər. Erkən nikahlarla mübarizə sahəsində dövlətin müvafiq qurumları kifayət qədər inzibati tədbirlər həyata keçirsələr də ilbəil artan statistik rəqəmlər narahatçılığa səbəb olur”.
Tədbirdə erkən nikahların fəsadlarının hüquqi, sosial, psixoloji aspektlərdən qiymətləndirilməsi məsələsi vurğulanıb və iştirakşılar müzakirələrə cəlb edilib. Həkim M. Mustafayev çıxış edərək bildirib ki, erkən nikahlar və onların yaratdığı fəsadlar hamımızın gözü qarşısındadır: “Bununla hamılıqla mübarizə aparılmalıdır”.
Tədbir iştirakçısı S. Yolçiyeva müzakirəyə qoşularaq qeyd edib ki, valideynlər qızlarını erkən yaşlarında ərə verməyə çalışmaqdansa onlara təhsil verməyə çalışmalıdırlar. G. Bağırova çıxış edərək bildirdi ki, psixoloq işlədiyim məktəbdə xeyli sayda valideynə rast gəlmişəm ki, övladlarını ixtisas seçərkən onların istəklərini nəzərə almır, digər sahələrə yönləndirməyə çalışırlar.
Fasilə zamanı da müzakirələr davam etdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.