AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsi çərçivəsində yekun seminar keçirilib

  • + A
  • - A
  • 9-09-2023, 15:17

    “Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsi çərçivəsində yekun seminar keçirilib

    “Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsi icrasınının yekununa dair seminar keçirilib.

    Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyinin həyata keçirdiyi “Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsi çərçivəsində 08 sentyabr 2023-cü il tarixində Ağdam rayonunda layihənin yekunlarına dair seminar keçirilib.
    Seminarda 19 nəfər iştirak edib. Layihə rəhbəri Xəlil Süleymanov iştirakçılara layihənin donoru barədə geniş məlumat verib. Daha sonra layihənin fəaliyyəti, məqsədi və görülən işlər barədə hazırlanmış slaydlar vasitəsi ilə ətraflı məlumat verildi.

    Ağdam rayonunun Quzanlı, Zəngişalı kəndləri, Baharlı, Alıbəyli və Bənövşələr qəsəbələrində Vətən müharibəsi zamanı doğmalarını itirmiş şəhid və qazi ailə üzvlərindən olan 10 qadına sosial-psixoloji dəstək göstərilmişdir.

    Layihə heyəti tərəfindən iştirakçıların sualları ətraflı cavablandırıldı. İştirakçılar layihənin region üçün aktual olduğunu qeyd etdilər .Və yeni təkliflər verərək anoloji layihələrin daha geniş ərazidə davamlı təşkil edilməsinin zəruri olduğunu bildiriblər.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR