"Davamlı Turizmin İnkişafına Dəstək" İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsində "Təbiət Keşikçiləri Gənclər hərəkatı” ilə sən də təbiəti qoruyanlardan ol!” layihəsi ilə qalib olub. Layihə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
Layihənin rəhbəri, "Davamlı Turizmin İnkişafına Dəstək" İctimai Birliyinin sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nərminə Qəribova bu yola Ümummilli Lider Heydər Əliyevin "Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız" şuari ilə daha çox gənci təbiəti qoruyan ruhda yetişdirmək məqsədi ilə yola çıxıb. Layihə çərçivəsində nəzərdə tutulan tədbirlər uğurla başa çatdırılıb. Yekun tədbir sentyabrın 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş tutub. Tədbirin məqsədi təbiət keşikçilərinin nazirliyin fəaliyyəti ilə daha yaxından tanış olması və missiyalarının təqdim edilməsi olub.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Rasim Səttarzadə, Ekoloji siyasət şöbəsindən sektor müdiri Mehman Nəbiyev, Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova və basqaları iştirak ediblər. Hərəkatın məqsəd və məramı ETSN tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə layihə rəhbəri Nərminə Qəribova Ümummilli Lider Həydər Əliyevin ekologiya sahəsində əvəz olunmaz xidmətləri, onun təbiəti qorumaqla bağlı nəsihətlərini səsləndirib və bu yolda əllərindən gələni edəcəklərini bildirib. O, Azərbaycan Respublikasi Qeyri-Hökümət Təskilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə Dəstəyi ilə həyata keçirilən layihə çərcivəsində yaradılan hərəkətın Ümummilli Lider Heydər Əliyevin "Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız!" kəlamını rəhbər tutaraq bu yola davam etdirəcəklərini böyük fəxarət hissi ilə bəyan edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında İctimai şuranın sədri layihənin eksperti olan Amin Məmmədov layihənin icrası və əhəmiyyəti haqqında fikirlərini bildirib, fəaliyyətin həm də vətənə böyük bir xidmət olduğu vurğulayıb.
Tədbirin yekununda təbiət keşikçiləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.