11-14 sentyabr tarixlərini əhatə edən səfər çərçivəsində Moldova Respublikasının Təcili Tibbi Yardım İnstitutunda, Tibbi Təlim üzrə Simulyasiya Mərkəzində, “Timofei Moşneaga” Respublika Klinik Xəstəxanasında, Təcili və Xəstəxanayaqədər Tibbi Yardım üzrə Milli Mərkəzdə yaradılan şəraitlə, görülən işlərlə yaxından tanışlıq olub.
Tibb müəssisələrinin rəhbər heyəti və əməkdaşları ilə birgə keçirilən görüşlərdə tibb müəssisələrinin idarə olunması, təcili tibbi yardımın gücləndirilməsi, icbari tibbi sığorta sisteminin tətbiqi imkanlarının genişləndirilməsi, simulyasiya mərkəzlərinin formalaşdırılması, tibb personalı arasında qarşılıqlı təcrübə və bilik mübadiləsi müzakirə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.