Sentyabrın 13-də "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin “QHT-lərin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə tədqiqat işi” layihəsinin iş planına əsasən, qiymətləndirmə mexanizmlərindən biri olan, kiçik çərçivədə fokus qrup görüşü keçirilib.
“Hüquqi Təhlil və Araşdırma” İctimai Birliyinin sədri Ramil İskəndərli bu barədə məlumat verib: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub. 10 nəfərdən ibarət təcrübəli QHT mütəxxəssislərin iştirakı ilə keçirilən görüşdə öncədən strukturlaşdırılmış suallar əsasında QHT-lərin fikirləri və təklifləri dinlənilib”.
Qeyd edək ki, tədbirdə QHT nümayəndələri Fariz Əkbərov, Ramil İskəndərli, Azər Ramazanov, Cəsarət Hüseynzadə, Vüsalə Hüseynli, Şahin Nəsrullayev, Rauf Zeyni, Əli Fərzəliyev, Ağamirzə Bağırov, Vüqar Əhmədov, Ümidə Kəngərli və Ləman Ağalarova iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.