Ötən gün yol qəzasında həlak olan Azərbaycan ordusunun hərbçi qulluqçuları--Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğluna şəhid statusu veriləcək.
Bu barədə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, ötən gün yol qəzasında həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuları - Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğluna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi hissə tərəfindən təqdim ediləcək bildiriş əsasında şəhidlik statusu veriləcək.
Allah şəhidlərimizə rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.