Vətən Müharibəsində şəhid olan Çingiz və Cavid qardaşlarının ailəsində sevinc yaşanır. Azadmedia.az xəbər verir ki, bu barədə Şəhid Mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat verib. Elyar müəllimin sözlərinə görə 44 günlük Vətən müharibəsində şəhid olan Məmmədov Çingiz və Cavid İlham oğlu qardaşlarının Hüseyn və Zəhra adında əkiz bacı-qardaşı doğulub:
"Şəhidlərimizin anası Faya xanımla danışdım, körpələrin də, ananın da vəziyyəti yaxşıdır, xəstəxanadan çıxıb evə gedirdilər.
Maşallah, Allah saxlasın!".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.