Xəstə Məmmədov Zakir Məmkişi oğlu 03.12.2023-cü il tarixində saat 14:45 radələrində ağır vəziyyətdə TTY briqadası ilə NərimanoV Tibb Mərkəzinin Acil şöbəsinə gətirilmişdir. Daxil olarkən xəstədə boğulma, tənəffüs çatmamazlığı, nitqin və udqunmanın pozulması, afoniya və ətraflarda hərəkət məhdudluğu müşahidə olundu. Daxil olarkən A/t-170/112.c.st, puls-150, tənəffüs sayı-50/saat, Spo2-70% olmuşdur. Xəstənin anamnezində “Miasteniya gravis, Keçirilmiş Timektomiya əməliyyatı” qeyd olunur. Xəstə RITS-ə yerləşdirildi, süni tənəffüs aparatına qoşuldu, lazımi reanimasion tədbirlərlə yanaşı İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində xəstəyə Plazmoforez və IVIG icra olundu, vəziyyəti stabilləşdi: tənəffüsü, udqunması, nitqi, səsi və əzələ gücü bərpa olundu. Yaxşılaşma ilə nevroloq nəzarətinə götürüldükdən sonra 22.12.2023-cü il tarixində evə yazıldı. Sonda xəstə Məmmədov Zakir təşəkkür məktubu yazaraq Nərimanov Tibb Mərkəzinin kollektivinə öz minnətdarlığını bildirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.