AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qadına qarşı zorakılıq ört-basdır edilib

  • + A
  • - A
  • 13-02-2024, 15:54

    Qadına qarşı zorakılıq ört-basdır edilib

    Mingəçevirdə yaşayan Aynur Əzizova qızını ona göstərməkdən imtina edən, boşanmaq ərəfəsində olduğu həyat yoldaşının evinə gedib qızını görmək üçün.

    Yoldaşı qızı göstərməkdən imtina edib. Aynur, israrlarından sonra yoldaşı Əziz və qaynatası Bəhərçin tərəfindən ağır zorakılığa məruz qalıb.

    Bu zorakılığa cavab olaraq külli miqdarda kimyəvi maddə içərək intihara cəhd edib, təcili xəstəxanaya çatdırılıb.

    Cinayət işi açılıb, prokurorluğa göndərilib. Məhkəmə tibb ekspertizası sağlamlığa ağır xəsarət yetirməklə törədilən zorakılıq xəsarətlərini sənədləşdirib.

    İşdə Cinayət Məcəlləsinin 127(sağlamlığa zərər vurma) və 133(intihara səbəb olma) maddələrinin tərkibi tam şəkildə mövcuddur.

    Buna baxmayaraq Mingəçevir Prokurorluğu qarşı tərəfdən rüşvət alaraq işə xitam verib. Ailə bununla razılaşmır, Baş Prokuror Kamran Əliyevə səslənərək bu işdə tam ədalət tələb edir.
    Azadmedia.az xəbər verir ki, hadisəni siyasi fəal İlkin Rüstəmzadə ictimailəşdirib. Haqsızlığa uğrayan onun əmisi qızıdır.
    Onun sözlərinə görə Mingəçevir Şəhər prokuroru və Polis rəisinin qəbulunda olub.

    Polisə verilən izahatda qeyd olunub ki, zorakılıq olub, ona görə intihara cəhd edib.

    Prokurorluğa verilən ifadədə isə yazılıb ki, sadəcə mübahisə olub, əsəbləşib intihara cəhd edib.

    Polisdə izahatı əllə yazıb. Prokurorluqda isə danışıb, makina ilə yazıb qol çəkdiriblər.

    Prokurorluqda İlkin Rüstəmliyə deyilib ki, bu ifadə əsasında cinayət işinə xitam veriblər.
    Əmisi qızı isə iki yerdə də eyni ifadəni verdiyini deyir. Maraqlıdır ki, xəsarətlə bağlı ekspertiza sənədi ortada yoxdu.
    Zərərçəkən həmin ifadənin və cinayət işinə xitam verilməsi ilə bağlı qərarın ləğvi, eləcə də zərərçəkənin yenidən sərbəst ifadə verməsi üçün vəsatət qaldırıb.

    Ümid edirik ki, prokurorluq işi təkrarən ədalətlə araşdıracaq. Hüquqi prosesin sonununda məsələyə qayıdacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR