AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktorudur

  • + A
  • - A
  • 13-02-2024, 18:34

    Oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktorudur

    Xəbər verdiyimiz kimi fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
    Araşdırma aparılır.
    Qətlə yetirilən qadın paytaxtdakı 59 nömrəli tam orta məktəbin direktoru Əhmədova Pikə Bədəl qızıdır.
    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və kollektivi paytaxtdakı 59 nömrəli tam orta məktəbin direktoru Əhmədova Pikə Bədəl qızının faciəli vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına və məktəbin müəllim-şagird kollektivinə dərin hüznlə başsağlığı verir.
    Allah rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR