Rusiyada “An-28” tipli sərnişin təyyarəsi Tomsk əyalətinin səmasında radarlardan itib.
AzadMedia.az “TASS”a istinadən xəbər verir ki, müxtəlif məlumatlara görə, təyyarənin göyərtəsində 13 və yaxud 17 nəfər var.
Aviasiya xidmətində olan bir mənbənin verdiyi məlumata görə, təyyarənin qəzaya düşmə ehtimalı yüksəkdir. Ekipaj ilə hələ də əlaqə qurmaq mümkün olmayıb.
Qeyd olunur ki, təyyarə uçuşdan əvvəl texniki olaraq qaydasında olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.