Ermənistanın paytaxtı İrəvanda təcili tibbi yardım əməkdaşları kütləvi tətilə başlayıblar.
AzadMedia.az“Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar əməkhaqlarının az olmasına etiraz edirlər.
Həkimlər maaşlarının artırılması ilə bağlı zəmanət verilməyənədək aksiyanı dayandırmayacaqlarını söyləyiblər.
Təcili tibbi yardımın sürücülərindən biri Sejik Qasparyanın sözlərinə görə, son aylar zənglərin sayı iki dəfə artsa da, maaşlar olduğu kimi qalıb. S.Qasparyan bildirib ki, onlar gün ərzində orta hesabla 17 çağırışa cavab vernəli olduqları halda, indi zənglərin sayı otuza çatıb. Onların aylıq maaşı isə təxminən 111300 dram (210 dollardır).
Hazırda təcili yardım işçiləri zənglərin böyük əksəriyyətini qəbul etmirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.