Vatikan rəhbəri Papa Fransisk 3 günlük təmasları çərçivəsində gəldiyi Yunanıstanda prezident Katerina Sakelaropul və Baş nazir Mitsotakis ilə görüşüb.
Papa Yunanıstan arxiyepiskopu İeronimos ilə görüşə gələrkən bir pravoslav keşiş ona etiraz edib.
Bildirilib ki, sözügedən keşiş Papaya üç dəfə "kafir" deyə səslənib. O, təhlükəsizlik qüvvələri tərəfindən aparılaraq qısa müddətə nəzarətə götürülüb.
Papa ona etiraz edən rahibə heç bir reaksiya verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.