AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə prezidenti Albaniyaya səfər edəcək

  • + A
  • - A
  • 16-01-2022, 19:00

    Türkiyə prezidenti Albaniyaya səfər edəcək

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyanın baş naziri Edi Ramanın dəvəti ilə bazar ertəsi, dekabrın 17-də bu ölkəyə səfər edəcək.

    Bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.

    Bildirilir ki, səfər zamanı tərəflər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində addımları müzakirə edəcəklər. Ankara ilə Tirana arasında ikitərəfli münasibətlər, regional və beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

    Səfər zamanı, həmçinin 2019-cu ildə baş vermiş zəlzələ zamanı evlərini itirmiş alban ailələri üçün Türkiyə tərəfindən Lyaçi şəhərində tikilən mənzillərin təhvil verilməsi mərasimi keçiriləcək.

    Bundan başqa, prezident Ərdoğan Tiranada Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən təmir edilən Ethem bəy məscidinin açılış mərasimində iştirak edəcək.

    Türkiyə dövlət başçısı Albaniya parlamentinə müraciət edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR