Hazırda Rusiyada ölüm hökmünün bərpa olunması ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RİA Novosti agentliyinə müsahibəsində Rusiyada ölüm hökmünün bərpa olunması ilə bağlı sualı cavablandırarkən deyib.
"Hər şey mövcud vəziyyətdən asılı olacaq - hər şey sakit olarsa, moratorium qala bilər və ya lazım gələrsə, ona yenidən baxıla bilər", - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.