AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Akar britaniyalı həmkarı ilə müzakirə APARDI

  • + A
  • - A
  • 23-06-2022, 21:20

    Akar britaniyalı həmkarı ilə müzakirə APARDI


    Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə görüşüb.

    Türkiyənin Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, görüşdə ikitərəfli əlaqələr, regional məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

    Hulusi Akar Türkiyə-Britaniya münasibətlərinin strateji xarakter daşıdığını deyib.

    Terrorla, xüsusilə PKK/YPG-İŞİD və FETÖ ilə mübarizədə əməkdaşlığın əhəmiyyəti ifadə edilib.

    Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə verilən dəstəklə bölgədə sülh və sabitliyin bərpası üçün tezliklə atəşkəs elan edilməli olduğu qeyd edilib.

    Eyni zamanda, taxıl probleminin həlli istiqamətində aparılan işlərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi barədə məlumat verilib.

    Görüşdə hərbi təlim sahəsində əməkdaşlıq fəaliyyətinin davam etdirilməsi ilə bağlı razılıq ifadə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR