AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya və Belarus tennisçilərinə Uimbldon qadağası götürülüb

  • + A
  • - A
  • 1-04-2023, 16:04

    Rusiya və Belarus tennisçilərinə Uimbldon qadağası götürülüb

    İngiltərədəki Wimbledon Tennis Turnirinin təşkilatçısı All England Lawn Tennis and Croquet Club (AELTC) dünən elan etdi ki, ötən il Rusiya və Belarus tennisçilərinə gətirilən Wimbledon Tennis Turnirində iştirak qadağasını ləğv edib. Rəsmilər idmançıların “neytral idmançı kimi yarışmaq şərti ilə” və müəyyən şərtlərə əməl etməklə bu il turnirdə iştirak edə biləcəklərini bildiriblər.
    Keçən il AELTC Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiya və Belarus tennisçilərinə tennis dünyasının ən gözlənilən çempionatlarından biri olan Wimbledon-da iştirakını qadağan etmişdi. Dünən mətbuat şərhi ilə qadağanı qaldırdığını açıqlayan AELTC, "Hazırkı məqsədimiz, "qərəzsiz" idmançılar kimi yarışmaq və şərtlərə riayət etmək şərti ilə Rusiya və Belarus tennisçilərinin müraciətlərini qəbul etməkdir" deyib.

    AELTC vurğulayıb ki, iştirak üçün şərtlər Rusiyanın Ukraynaya müdaxiləsinə müxtəlif dəstək formalarının olmaması və Rusiya və/yaxud Belarus dövlətlərinin sponsorluğunun olmamasıdır.
    Rəsmilər bu qərarı verərkən İngiltərə hökuməti və beynəlxalq tennis təşkilatları ilə danışdıqlarını bildiriblər. Qərarla dünya reytinqində ilk 10-luqda yer alan rusiyalı Daniil Medvedev, Andrey Rublev, Daria Kasatkina və qadınlar arasında dünya 2 nömrəli belaruslu Aryna Sabalenka üçlüyü bu gün start götürəcək Wimbledon Tennis Turnirində iştirak edəcək. Onların bu il 3 İyulda qatılması gözlənilir.

    ŞƏRTLƏR POZUNDUSA NƏ OLACAQ?

    Tennisçilərin və yardımçı heyətin turnirlərdə iştirak etmək üçün “bitərəflik bəyannaməsi” imzalayacağı və bəyannamənin pozulması halında cərimələrdən tutmuş turnirdən qovulmağa qədər müxtəlif cəzaların tətbiq oluna biləcəyi vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR