“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 23-cü turunun oyunundan sonra “Əl-Feyh”in futbolçusu ilə əlbəyaxa dava edib. Azadmedia.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə Ronaldo doqquz matçda iştirak edib, 11 qol vurub və iki məhsuldar ötürmə edib. Əl-Nəsr turnir cədvəlində ikinci yerdədir.
Xatırladaq ki, Ronaldo yanvarın 2-də “Əl-Nəsr”ə keçmişdi. Klubla müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq. Futbolçu və ailəsi üçün əlavə bonuslar barədə də məlumat verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.